Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı ABŞ-ın yeni prezidenti Donald Trampa Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin Türkiyəyə qaytarılması üçün müraciət edib.
Teleqraf.com xəbər verir ki, onun ABŞ-ın 45-ci prezidentinə “Turump” deyə xitab etməsi medianın diqqətini çəkib.
Onun fikrincə, ABŞ-ın yeni prezidenti rəqiblərini üstələdi və siyasi nəzəriyyəçiləri küncə sıxışdıraraq qalib gəldi: “Seçkidən bir gün əvvəl media 99 faizi Hillari Klintonun qalib gəldiyini elan etmişdi. Klintonun prezident seçilməməsi onunla gələcəklə bağlı xəyal quranlara şok yaşatdı. Bizim üçün ABŞ prezidentinin kimliyi əhəmiyyətli deyil. Bu, ABŞ seçicilərinin öz məsələsidir. Bizim yeni prezidentdən istəyimiz Pensilvanyadaki xaini Türkiyəyə ekstradisiya etməsidir. Obama və sələflərinin siyasətindən ağzımız yandığı üçün Turumpun fəaliyyətini diqqətlə izləyirik”.
Kəmalə