20 Noyabr 2016 01:25
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın müdafiə naziri Jan İv Le Drian estoniyalı həmkarı Hannes Hanso ilə görüşü zamanı Parisin gələn il Estoniyaya 300 hərbçi və 5 tank göndərəcəyini bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Estoniyanın Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Qeyd edək ki, NATO-nun bu ilin iyul ayında Varşavada keçirilən sammitində Latviya, Litva, Estoniya və Polşada bu ölkələrin razılığı ilə rotasiya əsasında çoxmillətli batalyonların yerləşdirilməsinə dair qərar qəbul olunub. Qərara əsasən, Latviyada yerləşdiriləcək batalyonun əsasını Kanada hərbçiləri, Litvada – Almaniya, Estoniyada – Böyük Britaniya, Polşada isə ABŞ hərbçiləri təşkil edəcək.

Estoniyada 2017-ci ilin birinci yarısında yerləşdiriləcək NATO batalyonu, 800-ü britaniyalı, 300-ü isə fransalı hərbçi olmaqla 1100 hərbçidən ibarət olacaq. Sonradan fransızları danimarkalıların əvəz edəcəyi planlaşdırılır. Böyük Britaniya həmçinin “Warrior” döyüş maşınları, “Challenger 2” tankları və kəşfiyyatçı pilotsuz uçan aparatlar ayıracaq. Fransanın da hərbi texnika ayıracağı gözlənilir. Batalyon Tapa hərbi şəhərcikdə yerləşdiriləcək və Estoniyanın piyada qoşunlarının 1-ci briqadası ilə əlaqədə olacaq.


Müəllif: