"Seçkiqabağı təşviqatla real siyasət arasında böyük fərq var".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Asiya-Sakit okeanı iqtisadi əməkdaşlıq sammitində çıxışında ABŞ-ın yeni seçilmiş prezidenti haqqında danışarkən bildirib:
"Biz yaxşı başa düşürük ki, bütün ölkələrdə bu təcrübədən istifadə edirlər. Donald Trampın seçkiqabağı təşviqat və seçkidən sonrakı açıqlamalarında pis heç nə görmədim. O, ABŞ-da sənaye müəssisələrini bərpa etmək və bununla da yeni iş yerlərinin yaradılmasını istəyir. Telefon danışığı zamanı Tramp ölkələr arasında ikitərəfli münasibətlər qurmaq niyyətini bildirib. Mən də bu addıma qarşılıq verməyə hazıram".
Vladimir Putin Donald Trampla görüş məsələsini müzakirə etmədiyini deyib: "Biz qeyd etdik ki, əməkdaşlarımızın görüşünü təşkil etmək faydalı olardı. Ancaq hazırda Trampın başı yeni komandasının qurulmasına qarışıb. Ona görə də belə bir görüş barədə danışmaq real deyil. Gözləyək, vaxtımız hələ var".
Putin ABŞ-ın hazırki prezidenti Obama ilə görüşündən də danışıb. O bildirib ki, Obama ilə bir çox məsələləri müzakirə edib: "Aramızda dialoqların gərgin keçməsinə və bəzən işlərin çətin olmasına baxmayaraq, biz bir-birimizin mövqeyinə hər zamanı hörmətlə yanaşmışıq. Mən Obamanı növbəti ilin yanvarında Rusiyaya dəvət etmişəm. O istənilən vaxt Rusiyaya səfər edə bilər. Mən bundan məmnun olaram".
Samir