21 Noyabr 2016 13:41
1 738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Türkiyə Silahlı Qüvvələrinin Qərargah rəisi Hulusi Akar NATO Parlament Assambleyasının 62-ci müdafiə və təhlükəsizlik toplantısında erməni deputatı susdurub.

Olayla bağlı Türkiyə mediasında mətbuat konfransının görüntüləri yayılıb. Qeyd edək ki, Erməni deputatın “Əsgərləriniz İraqdan nə vaxt çıxacaq” sualına cavab olaraq Hulusi Akar qeyd edib ki, Türkiyənin İraq və Suriyanın ərazi bütövlüyünü pozduğuna yönəlik bu sual, realllıq nəzərə alınmadan verildiyi üçün, ya cahillikdir, ya da bura da bəd niyyət var: "Bizim İraq və Suriyanın ərazi bütövlüyü ilə bağlı heç bir problemimiz yoxdur. Erməni deputat bunu bilmədən sual verirsə, deməli pis niyyətlidir və yalan danışır. Ya son dərəcə cahilsiz, ya da pis niyyətlisiz.. Bunun başqa izahı yoxdur. Türkiyənin Hələblə bağlı konkret münasibəti yoxdur. Biz ora mərmi də atmırıq. Bu, müzakirə mövzusu deyil. Mütləq erməni deputat bu gün öz ordu rəhbərlərilə danışıb Suriyada nə baş verdiyini öyrənməlidir. Türkiyə silahlı qüvvələrinin Hələbə bir mərmi belə atdığını sübut edən olsa, istefa verərəm. Bu tərbiyəsizlikdir, iftiradır, yalandır, əxlaqsızlıqdır".

Teleqraf.com həmin videonu təqdim edir:

Samir


Müəllif:

Oxşar xəbərlər