Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova zəhərlənib və ölüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Özbəkistan milli təhlükəsizlik xidmətinin əməkdaşı məlumat verib.
Onun sözlərinə görə, 44 yaşlı qadın noyabrın 5-də zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər. O, Daşkəndin "Minor" qəbirstanlığında basdırılsa da, onun məzarı yerlə-yeksan edilib.
Məlumat sosial şəbəkələrdə səs-küylə qarşılanıb. İstifadəçilər "Gülnarəni göstərin!" adlı aksiyaya start veriblər. Gülnarə Kərimovanın Tvitter hesabında 2016-cı ilin oktyabr və noyabr aylarında fotolar paylaşılıb. Ancaq "Mərkəz-1" agentliyi bu fotoların 2014-cü ildə lentə alındığını açıqlayıb.
Samir