24 Noyabr 2016 21:25
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Avropa Parlamentinin (AP) qərarını ciddi hesab etmir.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Aİ ilə işlər üzrə nazir Ömər Çelik AP-nin Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması üzrə danışıqların dondurulması haqqında qərarına münasibət bildirərkən deyib.

Nazir bildirib: "Bu qətnamə tövsiyyə xarakteri daşıyır və hüquqi gücə malik deyil".

Ö.Çelikin sözlərinə görə, qərarın qəbulu Türkiyəyə qarşı ikili standartlardan qaynaqlanır: "Türkiyə ilə Aİ münasibətlərində böhran yoxdur, Birliyin öz daxilində dəyərlərin böhranı mövcuddur. Avropa demokratiyanı bizdən öyrənməlidir."

Qeyd edək ki, AP-nin Türkiyə ilə Aİ arasında 3 oktyabr 2005-ci ildən başlayan üzvlük müzakirələrinin müvəqqəti olaraq dondurulması haqqında qərarına 37 parlamentari əleyhinə, 479-su lehinə səs verib. 107 parlamentari isə bitərəf qalıb.


Müəllif:

Oxşar xəbərlər