28 Noyabr 2016 21:25
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın “Pokr Mqer” hərbi təhsil kompleksində növbədənkənar valideyn toplantısı keçiriləcək.

Avropa.info xəbər verir ki, kursantların nədən narazı olduğunu bilmək üçün hərbi təhsil müəssisəsinin yeni direktoru Vaaqn Yaxmuryan belə bir qərar verməyə məcbur qalıb.

Qeyd edək ki, bu gün səhər tezdən “Pokr Mqer” kursantları hərbi hissənin toplanma meydançasında etiraz əlaməti olaraq piyada yürüş edib və direktorun istefasını tələb ediblər.

Direktorun sözlərinə görə, təhsil kompleksinin yetirmələri vəziyyəti aydınlaşdırmaq üçün valideyn iclası çağırmağı tələb ediblər.


Müəllif:

Oxşar xəbərlər