3 Yanvar 2017 22:25
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldovanın yeni prezidenti İqor Dodon seçkiqabağı vədinə uyğun olaraq Rumıniyanın sabiq dövlət başçısı Trayan Beseskunu Moldova vətəndaşlığından məhrum edib.

Teleqraf.com xəbər verir ki, prezident bu barədə "Facebook" səhifəsində məlumat verib.

Rumıniyanın sabiq dövlət başçısı Trayan Beseskuya vətəndaşlıq 2016-cı ilin iyun ayında Moldovanın dördüncü prezidenti Nikolay Timofti tərəfindən verilmişdi. İqor Dodon bu qərara qarşı çıxmışdı. O, hesab edir ki, Besesku rumınların sevmədiyi siyasətçi olub və o, Moldova vətəndaşlığına layiq deyil.


Müəllif:

Oxşar xəbərlər