4 Yanvar 2017 17:57
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il dekabrın 19-da Rusiya səfiri Andrey Karlovu qətlə yetirən polis məmuru Altıntaşın cəsədinin Keçiörəndəki tibb müəssisəsində yarılma əməliyyatı qətldən iki gün sonra - dekabrın 21-də başa çatıb.

Teleqraf.com-un "CNN Türk"ə istinadən xəbərinə görə, Altıntaşın cənazəs, yarılma əməliyyatlarının tamamlandığı tarixdən bu günə qədər ailəsi tərəfindən təslim alınmayıb. Cənazənin ailəsi tərəfindən təslim alınması üçün verilən müddət bu gün başa çatır.

Bu gün təslim alınmazsa, Altıntaşın cənazəsi kimsəsizlər qəbiristanlığına dəfn edilmək üçün bələdiyyə qruplarına təvhil veriləcək.

Nihad


Müəllif: