“Əl-Qaidə” lideri Usama Bin Ladenin oğlu Həmzə ABŞ-ın terrorçular siyahısına daxil edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Bin Ladendən sonra "Əl-Qaidə" terrorçularına rəhbərlik edən Ayman əl Zəvahiri 2014-cü ildə verdiyi açıqlamada Həmzənin də bu qruplaşmanın üzvü olduğu açıqlamışdı.
20 yaşlı Bin Laden 2015-ci ildən bəri Qərb ölkələrinə yönələn hücumlarla bağlı çağırışları ilə yadda qalıb.
Qeyd edək ki, 2011-ci ildə Həmzə atası öldürülən evdə tapılmamışdı.
Samir