10 Yanvar 2017 14:02
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti Serj Sarkisyanın yanvarın 6-da ölkədə Milad bayramı münasibəti ilə keçirilən mərasimə qatılmaması bir çoxlarının diqqətini çəkib.

Teleqraf.com armtimes.com saytına istinadən xəbər verir ki, məsələ ilə bağlı politoloq Levon Şirxanyan fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Sarkisyanın səhhətində ciddi problemlərin olması istisna deyil: "Bu problemlər onun təcili məzuniyyətə getməsinə səbəb ola bilərdi. Sərkisyanın siyasi bioqrafiyasında belə xətt var: əgər kimsə ona yaxınlaşmaq barədə danışırsa, həmin şəxs horizontdan sürətlə uzaqlaşır. Parlaq nümunə - seçkilər yaxınlaşdıqca Seyran Ohanyan və sabiq baş nazir Ovik Abramyanın istefasıdır. Bu onu deməyə əsas verir ki, Sarkisyana yaxınlaşan yoxdur. Onun mərasimə qatılmamasının səbəblərini isə ancaq ehtimal etmək olar. Ola bilsin ki, buna səbəb ölkədə rejim dəyişikliyi hazırlanması və yaxın şəxslərə ehtiyacın olmamasıdır".

Politoloqun fikrincə, bu gün Sarkisyanın varisi baş nazir Karapetyan ola bilər: "Seçkilərin gedişi və nəticələrdən asılı olaraq, Sarkisyan baş nazir, Karapetyan isə ölkənin iqtisadiyyat naziri ola bilər. İkinci variant isə ABŞ-ın yeni administasiyasının arzularına uyğun olaraq, Sarkisyan partiya sədri, Karapetyan isə baş nazir ola bilər".

Samir


Müəllif:

Oxşar xəbərlər