13 Yanvar 2017 01:59
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın paytaxtı Dəməşq şəhərində terror aktı baş verib.

Bu barədə "RİA Novosti" şəhərin polisindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, partlayış zamanı 6 nəfər həlak olub, həmçinin bir neçə nəfər ağır yaralanıb. "İlkin məlumata görə, Kafrsusda baş vermiş partlayışda 6 nəfər ölüb.

Xəstəxanaya yerləşdirilənlər arasında ağır yaralılar var" – deyə polis əməkdaşı bildirib.

"Əl-İhbariyyə" telekanalı terror aktı zamanı 4 nəfərin həlak olduğunu, 7 nəfərin yaralandığını bildirib. "Əl-Məyadin" isə öz növbəsində hadisə nəticəsində 7 nəfərin öldüyünü xəbər verib.

/Report/

Məlumata görə, hadisəni terrorçu-kamikadze törədib.


Müəllif:

Oxşar xəbərlər