Türkiyənin qərbindəki Dilovası şəhərində zavodda baş verən partlayışda 1 nəfər ölüb, 15 nəfərsə yaralanıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, partlayış metal əridilən qazanlardan birində baş verib.
Yerli mer Mehmet Arslan xəsarət alanların həyatının təhlükədə olmadığını deyir.
Başqa bir məlumata görə isə İstanbulun Zeytunburun rayonunda 7 mərtəbəli binanın çökməsi nəticəsində 6 yaşlı bir uşaq ölüb, 6 nəfərsə xəsarət alıb.
Bina əvvəlcədən boşaldıldığından ölən və xəsarət alanlar ətrafdan ötənlər olub.