Hindistanın Bixar ştatı ərazisində qayığın Qanq çayında batması nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bundan öncə 19 nəfərin öldüyü açıqlanmışdı.
Hadisə dünən Patna şəhəri yaxınlığında baş verib. Makana-sankranti festivalından qayıdan insanlar qayığa miniblər. Qayıq həddindən artıq yükləndiyi üçün batıb.
Nihad