Rusiya xarici işlər naziri Sergey Lavrov 2016-ci ildə xarici siyasət idarəsinin fəaliyyətinin yekunları üzrə keçirdiyi mətbuat konfrasında maraqlı açıqlamalar verib.
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, Lavrov Rusiyanın ABŞ, Avropa Birliyi və NATO ilə əlaqələrini inkişaf etdirməyə hazır olduğunu deyib. O bildirib ki, bu, qarşılıq hörmət əsasında həyata keçməlidir:
"Biz dünya iqtisadiyyatını inkişaf etdirmək, qarşılıqlı əlaqələr qurmaq, terrorçuluqla mübarizə aparmaq və bizimlə əməkdaşlıq etmək üçün ortaq maraqlar axtarırıq. Bu mövqe ilə müxtəlif regionlarda tərəfdaşlarımızla əlaqələr qururuq. Bu əlaqələrdə əsas olan qarşılıqlı hörmət və maraqların qorunmasıdır. Biz ABŞ, NATO və Avropa Birliyi ilə bu şərtlər altında əlaqələri inkişaf etdirməyə hazırıq".
Amerikalı diplomatlar casusluqla məşğuldur
Lavrov amerikalı diplomatların Rusiyadakı fəaliyyətinə diqqət çəkib: "Onlar kirayə avtomobillərlə ölkənin bir çox bölgələrinə gedir və orada casusluqla məşğul olurlar. Hətta, onların bəziləri Rusiyada keçirilən hökumət əleyhinə aksiyalarda da iştirak edib".
Astana görüşünün əsas məqsədi
Rusiya xarici işlər naziri konfras zamanı əsas diqqəti Astanada keçiriləcək Suriya konfrasına çəkib. O bildirib ki, Suriyada döyüşən silahlı muxaliflər Astana görüşündə iştirak edə bilər: "Bizim əsas məqsədimiz Suriyada atəşkəs rejimini möhkəmləndirmək və siyasi böhranın həllində səhra komandirlərinin iştirakı barədə razılığa gəlməkdən ibarətdir".
Lavrov əlavə edib ki, Moskva Tramp administrasiyasının Astana dəvətini qəbul edəcəyinə inanır: "Bu, ABŞ-ın yeni hökuməti ilə Rusiya rəhbərliyi arasında ilk rəsmi görüş ola bilər".
Samir