29 Yanvar 2017 15:10
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp yeddi ölkədən (Suriya, İraq, İran, Somali, Sudan, Liviya və Yəmən) miqrantların bu ölkəyə girişini müvəqqəti olaraq qadağan edən qərarı ölkədə etirazlara səbəb olub.

Teleqraf.com "İnterfax"a istinadən xəbər verir ki, artıq Donald Trampın fərmanına əsasən, ABŞ-a daxil olmaq istəyən 12 nəfər saxlanılıb. Bu isə Nyu-Yorkdakı Con Kennedi aeroportunda etiraz aksiyası keçirilməsinə səbəb olub.

Aeroporta toplaşan yüzlərlə etirazçı "Qorxu və nifrət yoxdur, qaçqınların gəlişinə şadıq" şüarını səsləndiriblər. Bəzi etirazçılar prezidentə impiçment elan edilməsi, onun həyat yoldaşının isə deportasiya olunmasını tələb edirlər.

Nihad


Müəllif:

Oxşar xəbərlər