"Serj Sarkisyanın dekabrın 29-da seçkilərin aprelin 2-də keçirilməsi ilə bağlı verdiyi fərmanı ölkə konstitusiyasına ziddir".
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın "Birlik" partiyasınının deputatı Elinar Vardanyan deyib. Onun sözlərinə görə, fərmanı hazırlayanlar konstitusiyanın 103-cü maddəsinə əsaslandıqlarını bildiriblər: "Seçkilər hazırkı parlamentin deputatlarının səlahiyyət müddətinin başa çatmasına 50-60 gün qalmış keçirilməlidir. Hazırkı deputatların səlahiyyət müddəti mayın 31-də başa çatacaq. Bu o deməkdir ki, Ermənistanda seçkilər aprelin 2-də deyil, aprelin 22-dən tez keçirilməməlidir".
Deputat bunu İrəvan meriyasına keçiriləcək seçkilərlə əlaqələndirib: "İrəvan meriyasına seçkilər 9-19 may tarixləri arasında baş tutacaq. Əgər iki mühüm seçki prosesi ar-arda baş tutsa, bu ölkədə böhrana səbəb olacaq. Parlament seçkilərində məğlub olan tərəf aksiyalar keçirəcək və təkid edəcək ki, səslər yenidən hesablansın. Bu zaman isə İrəvan meriyasına seçkilər baş tutacaq. Bu böhrandan qaçmaq üçün Sarkisyan konstitusiya qanunlarını pozmaq qərarına gəlib".
Samir