1 Fevral 2017 01:25
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa parlamentinin aşağı palatasında prezidentliyə namizəd Fransua Fiyonun həyat yoldaşı ilə bağlı istintaq çərçivəsində axtarışa başlanıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, korrupsiya, maliyyə və vergi pozuntuları ilə mübarizə bürosunun əməkdaşları bununla bağlı xüsusi icazə alıb.

Fransa televiziyası hələlik belə bir sübut aşkar edilmədiyini xəbər verir.

Fransa prokurorluğu yanvarın 25-də “Canard Enchaine” qəzetinin məlumatından sonra faktla bağlı yoxlamalara başlayıb.

Həmin məlumata görə, Penelopa Fiyon həyat yoldaşının köməkçisi kimi 7 il-1998-2002-ci illərdə maaş alıb ki, bu pullar deputatlar üçün nəzərdə tutulubmuş.

Bəzi məlumatlara görə, söhbət təxminən 500 min avrodan gedir. “Respublikaçılar” partiyası Fiyonun namizədliyini irəli sürüb.

Amma bu qalmaqaldan sonra onun reytinqi düşməyə başlayıb. Prezident seçkisi 2017-ci ilin yazında keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər