3 Fevral 2017 15:21
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Ermənistan müdafiə naziri Vigen Sarkisyan İrana rəsmi səfər edib. Səfər çərçivəsində Sarkisyan iranlı həmkarı ilə görüşüb. Görüşlər zamanı nazirlər bəzi məsələlərdə razılıq əldə ediblər.

Teleqraf.com xəbər verir ki, razılıq əldə edilən məsələlər gizli saxlanılsa da, Ermənistan mediası onlardan biri ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Aprel döyüşləri zamanı Ermənistan tərəfi Azərbaycan Müdafiə Nazirliyinə məxsus İsraildə istehsal olunan pilotsuz uçuş aparatını vurub. Sarkisyan da iranlı həmkarı ilə İsrail pilotsuz aparatlarını məhv etmək məsələsini müzakirə edib. Tərəflər bu aparatlarla mübarizə üçün birgə proqram hazırlanması ilə bağlı razılığa gəliblər.

Bu iddialara rəsmi İrəvan heç bir cavab verməyib.

Bu arada, yanvarın 27-də Vigen Sarkisyan keçirdiyi mətbuat konfransında Rusiya ilə silah tədarükü müqaviləsindən danışıb. O bildirib ki, müqavilə yerinə yetirilir: "Ancaq Ermənistan silah bazarında tək Rusiya ilə kifayətlənmək niyyətində deyil. İrəvan digər bazarlara da müraciət edəcək".

Sarkisyanın Tehrana səfəri İranın da Ermənistan silah bazarına daxil olması anlamına gəlir.

Beləliklə, rəsmi İrəvanın addımlarını iki istiqamətdə dəyərləndirmək olar: ya Ermənistan İranla yaxınlaşıb, Rusiyadan Azərbaycana silah satdığı üçün qisas almaq, Rusiya-Azərbaycan razılaşmasını pozmaq istəyir, ya da Azərbaycan-İsrail əməkdaşlığına qarşı blok qurmaq fikrindədir.

Samir İSAYEV


Müəllif:

Oxşar xəbərlər