“Suriya demokratik qüvvələri” silahlı müxalifət alyansının (SDQ) qoşunları İŞİD terror qruplaşmasının paytaxtı hesab olunan Rəqqa şəhərinin tam mühasirəyə alınması məqsədi ilə əməliyyata başlayıb.
“Report” xəbər verir ki, bu barədə SDQ-nin bəyanatına istinadən “Reuters” məlumat yayıb.
“Əməliyyat ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin havadan dəstəyi ilə həyata keçirilir”, - deyə bəyanatda bildirilir.