"İran İŞİD və Ən Nusra Cəbhəsi kimi terror təşkilatı ilə heç vaxt əlaqədə olmayıb".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, İran beynəlxalq terrorçuluğa qarşı mübarizəyə əhəmiyyətli töhfəsini verir: "İran Suriya hökumətinin xahişi ilə bu ölkədə İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak edir. Mən əminəm ki, bu məsələyə obyektiv yanaşsaq, İran bu mübarizənin bir hissəsi olmalıdır".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranı terrorçulara himayədarlıq etməkdə günahlandırıb.
Samir