7 Fevral 2017 09:41
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu gecə boyu Qəzzanı bombardman edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Qəzzadakı rəsmi mənbələr məlumat yayıb.

Bildirilib ki, İsrail Qəzza sektoruna 14 hava zərbəsi endirib. Hücumlar zamanı 3 fələstinli yaralanıb, çox sayda yaşayış binası dağılıb.

Bu arada, HƏMAS qruplaşması İsrailə xəbərdarlıq edib. Qruplaşmanın yaydığı bəyanatda İsrailin hücumları dərhal dayandırması tələb olunub: "Hücumları dərhal dayandırın, yoxsa müqavimətçilər hərəkətə keçəcək".

Bundan başqa, yerli medianın İsrail əsgərlərinin Qəzza ilə sərhəddə 2 fələstinlini də həbs etməsi ilə bağlı məlumat yayıb.

Qeyd edək ki, dünən İsrail Müdafiə Nazirliyinin yaydığı məlumatda Qəzza sektorundan İsrail ərazisində raket atıldığı bildirilib. Buna cavab olaraq, İsrail tərəfi raketin atıldığı bölgəni bombardman edib. Hücuma görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib. Ancaq İsrail bu hücumda HƏMAS qruplaşmasını ittiham edib.

Samir


Müəllif: