7 Fevral 2017 20:53
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın dini lideri Əli Xamneyi hava qüvvələrinin komandirləri ilə görüşündə Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın İrana qarşı təhdid və təzyiqindən danışıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, İran xalqının fevralın 10-da İslam inqilabının ildönümü münasibətilə keçiriləcək yürüşə qatılmaqla Trampın təhdidlərinin cavabını verəcəyini bildirib:

“Biz Amerikada yenicə iş başına gələn bu cənaba təşəkkürümüzü bildiririk. Çünki o, bizim zəhmətimizi azaldıb, Amerikanın gerçək üzünü göstərdi. Biz son 30 ildə həmişə Amerikanın hakimiyyət strukturunda olan siyasi, iqtisadi, əxlaqi və ictimai fəsaddan danışırdıq. Axırda da bu cənab həm prezident seçkilərindən əvvəl, həm də seçkilərdən sonra gəlib bunu açıq-aşkar ortaya qoydu. Tramp deyir ki, məndən qorxun. Yox, bizim xalq fevralın 10-da bu sözlərin cavabını və hər hansı bir təhdid qarşısında necə bir mövqe tutacağını bir daha göstərəcək.

Amerikanın yeni prezidenti deyir ki, siz Barak Obamadan məmnun qalmalısız. Biz isə deyirik ki, axı nəyə görə biz ondan məmnun qalmalıyıq. Olmaya, İrana qoyduğu sanksiyalara görə, İŞİD-i yaratdığına görə, bölgəni, o cümlədən də İraqı və Suriyanı oda çəkdiyinə görə, yaxud göndərdiyi şəxsi məktubunda bir tərəfdən hörmət bildirib əməkdaşlıq təklifi etdiyi halda, digər tərəfdən 2009-cu ildə ölkədə baş verən fitnəyə açıq-aşkar dəstək verib ikiüzlülük nümayiş etdirdiyinə görə ondan məmnun qalmalıyıq. İran millətinə qarşı dağıdıcı sanksiyalar tətbiq edən məhz Obama idi. Əlbəttə ki, o, istədiyinə nail ola bilmədi. Necə ki, başqa hər hansı bir düşmən də İran millətini iflic vəziyyətinə sala bilməyəcək”.

Samir


Müəllif:

Oxşar xəbərlər