"ABŞ-ın raket əleyhinə müdafiə qurğularının Rumıniya ərazisinə yerləşdirməsi Rusiyaya təhlükə yaradır".
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksandr Botsan-Xarçenko deyib:
"Rumıniyanın mövqeyinə gəlincə, ölkəni ön cəhbəyə çevirən Buxarest rəhbərliyi Rusiya üçün açıq təhlükədir. Bu qərarlar və planlar Rusiyaya təhlükə törədir və əlbəttə ki, raket əleyhinə müdafiə qurğuları ilk növbədə Rusiyaya qarşı yönəlib.
Buxarest isə anti-Rusiya mövqeyini və bizə qarşı yönəlmiş sanksiyaları dəstəkləyir. Bununla yanaşı, bizim əməkdaşlıq etmək üçün sahələrimiz var. Bu əməkdaşlıqlar iki ölkə arasında münasibətlərin pik həddə çatmasının qarşısını ala bilər".
Samir