ABŞ-ın şimal-şərqinə yağan güclü qar bir çox dövlət və qeyri-dövlət qurumlarının, o cümlədən BMT-nin Nyu-Yorkdakı işini iflic edib.
Teleqraf.com CNN-ə istinadən xəbər verir ki, bu günə planlaşdırılmış bütün iclaslar, tədbirlər təxirə salınıb.
Mənzil-qərargah ayın 10-a qədər işləməyəcək.
Qeyd edək ki, bu gün BMT Baş Assambleyasının terrorla mübarizəyə həsr olunmuş iclası keçirilməli idi.