11 Fevral 2017 14:37
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hökuməti İqtisadi İnkişaf nazirliyinə Türkiyə ilə 2017-2020-ci illərdə orta müddətli ticari-iqtisadi, elmi-texniki və mədəniyyət əməkdaşlığı proqramını imzalamaqla bağlı təlimat verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Rusiya İqtisadiyyat Nazirliyinin 2017-2020-ci illər Rusiya Federasiyası və Türkiyə Respublikası arasında orta müddətli ticari-iqtisadi, elmi-texniki və mədəniyyət əməkdaşlığı proqramının qəbul olunduğu haqda məlumat yayılıb.

Eyni zamanda, Rusiya İqtisadi İnkişaf Nazirliyinə proqramı hökumət adından imzalaması təlimatı verilib.

2015-ci ildə türk hava sərhəddini pozan Rusiya qırıcısı Türk Hava Qüvvələri tərəfindən vurulmuşdu. Bundan sonra rus-türk əlaqələri dayandırılmış, başda meyvə-tərəvəz olmaqla Rusiya bir sıra türk məhsullarından imtina etmişdi.

Cavad


Müəllif:

Oxşar xəbərlər