11 Fevral 2017 18:44
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika prezidenti Donald Trampın qeyri-adi hərəkətləri davam edir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, prezident Tramp daha bir şok yaradacaq addımı Yaponiya baş naziri Şinzo Abe ilə birgə keçirdiyi mətbuat konfransında atıb.

Yaponiya baş nazirini Ağ Evdə qəbul edən Tramp onunla müzakirələr apardıqdan sonra tərəflər mətbuat konfransı keçiriblər. Yaponiya baş naziri Şinzo Abenin yapon dilində çıxışı zamanı məlum olub ki, prezident Tramp sinxron tərcümədən istifadə etməyib və qulaqcığı taxmayıb. Baş nazirin çıxışının sonunda Tramp qulaqcığı taxaraq onun fikirlərinin müəyyən hissəsi ilə tanış ola bilib.

Ağ Evin rəsmisi Sarah Huckabee Sanders prezident Trampın mətbuat konfransı zamanı qulaqcığı taxıb-taxmadığı haqda suala “Prezident öncədən Şinzo Abeninin çıxış mətnini görüb, mətbuat konfransından əvvəl detallı bir görüşləri oldu”, - deyə cavab verib.

Cavad


Müəllif:

Oxşar xəbərlər