18 Fevral 2017 13:07
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin baş naziri Binyamin Netanyahu "MSNBC" telekanalına müsahibəsində maraqlı faktları açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Netanyahu əvvəlcə ABŞ prezidenti ilə görüşündən danışıb:

"Bizim çox isti görüşümüz oldu. Mən Trampı İsrailin dostu hesab edirəm. Onu ölkəmə dəvət etmişəm. İnanıram ki, gələcək".

Baş nazir müsahibə zamanı İranla münasibətlərə də toxunub. Netanyahunun sözlərinə görə, görüşdə Donald Tramp İranın nüvə silahı əldə etməməsi üçün yeni addımlar atacağı vədini verib.

O qeyd edib ki, İran ABŞ və İsrail üçün təhlükədir: "Nüvə sazişindən sonra İran daha sərt mövqe tutub. Onlar ballistik raket sınaqdan keçirdilər və raketin üzərinə "İsrail məhv olmalıdır" şüarını yazdılar. Çox "sülhpərvər" niyyətdir".

Samir


Müəllif: