18 Fevral 2017 16:44
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Mərsin şəhərində AKP Anamur Gənclər Təşkilatının sədri Həsən Bakinin Mustafa Kamal Atatürkü təhqir etdiyinə görə üzvü olduğu hakim AKP-dən istefası tələb edilib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Həsən Baki Twitter sosial şəbəkəsindəki hesabında Atatürkü hədəfə alıb.

Onun "Atatürk olmasaydı deyə bir şey yoxdur, kaş olmasaydı deyə bir gerçək var. Rəcəb Tayyib Ərdoğan yaxın zamanda o həqiqətin möhürünü vuracaq" ifadələri sərt reaksiyalara səbəb olub.

Bundan başqa o, Atatürkün türkə bənzəmədiyini iddia edib.

AKP Anamur vilayət başqanı Feyzullah Yılmaz Həsən Bakinin istefasını tələb edib, o, özünün də istefa verdiyini açıqlayıb. Feyzullah Yılmaz Həsən Bakinin fikirlərinin AKP ilə heç bir əlaqəsinin olmadığını dilə gətirib.

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər