18 Fevral 2017 22:02
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Petro Poroşenko rusiyalı həmkarı Vladimir Putinin bu gün Ukraynanın Donetsk və Luqansk vilayətlərində yaşayan şəxslərə verilən sənədlərin Rusiyada tanınması barədə fərmanına münasibət bildirib.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, Poroşenko bunu "beynəlxalq hüququn pozulması" kimi dəyərləndirib.

"Mən bu barədə ABŞ-ın vitse-prezidenti Maykl Pensə məlumat verdim. Bu, mənim üçün Rusiya işğalını, eləcə də bu dövlətin beynəlxalq hüququ pozmasının növbəti sübutudur", - Poroşenko Münhendə Penslə görüşündən sonra jurnalistlərə bildirib.

Nihad


Müəllif:

Oxşar xəbərlər