19 Fevral 2017 01:35
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın Barselona şəhərində Avropa ölkələri tərəfindən qaçqınların qəbul olunmasına dəstək nümayiş etdirən mitinq keçirilib. Təşkilatçıların bildirdiyinə görə, aksiyada 300 min insan iştirak edib. Bu, Avropada ən böyük mitinq hesab olunur.

Aksiyanın keçirilməsinin təşəbbüskarı “Casa nostra, casa vostra” (Bizim evimiz, sizin eviniz) İctimai Birliyi olub. Bu təşəbbüsü İspaniyada qaçqınlara və miqrantlara köməklə məşğul olan digər təşkilatlar və assosiasiyalar da dəstəkləyiblər.

Mitinq “Qəbul etmək istəyirik” şüarı altında keçirilib.

Təşkilatçılar belə aksiyaların Avropanın digər şəhərlərində də keçirilməsinin zəruriliyini bildiriblər.


Müəllif:

Oxşar xəbərlər