Rusiyanın 2017-ci ildə Kuril adalarına dviziya yerləşdirməsi qərarına Yaponiyadan sərt reaksiya gəlib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Yaponiya Nazirlər Kabinetinin rəhbəri Yosixide Suqa danışıb:
"Biz Rusiyanın 4 şimal adasındakı fəaliyyətini diqqətlə izləyirik. Biz bu gün Rusiya tərəfinə etiraz notasını təqdim edəcəyik".
Suqa əlavə edib ki, Rusiya ilə Kuril adası ətrafında yaranmış problemləri aradan qaldırmaq üçün Moskva və Tokio danışıqları davam etdirməlidir.
Qeyd edək ki, bundan əvvəl, Rusiyanın Kuril adalarının bəzilərinin adlandırılması ilə bağlı qərarına Tokio kəskin reaksiya göstərmişdi. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov isə bu reaksiyanın əsassız olduğunu bildirib. O deyib ki, Kuril adaları Rusiya ərazisidir və buranın adlandırılması üçün Moskva heç kimlə müzakirə aparmaq niyyətində deyil.
Samir