Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdində adları hallanan yüksək rütbəli iki zabit Yunanıstana sığınıb.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qaldığı otelə hücumda şübhəli bilinən hərbçilər Halit Çətin və Fatih Arik 2017-ci il fevralın 17-də Yunanıstana keçərək polisə təslim olublar. Onlar yunan hökumətindən sığınacaq istəyiblər.
Ayxan