26 Fevral 2017 15:12
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnmiş ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə "Hindustan Times" nəşri xəbər verib. Məlumatda bildirilir ki, insanları daşıyan yük avtomobili Meqhalaya ştatında aşıb. Nəticədə 16 nəfər ölüb, təxminən 50 nəfər xəsarət alıb.

Hadisə Nonsprunq yaşayış məntəqəsi ərazisində, Kxasi dağlarının qərb hissəsində baş verib. Sərnişinləri daşıyan yük avtomobili məbəd istiqamətində hərəkət edirmiş. Hadisənin sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi və ehtiyatsızlığı səbəbindən baş verdiyi bildirilir.


Müəllif: