ABŞ Senatı Donald Trampın ticarət naziri vəzifəsinə irəli sürdüyü 79 yaşlı milyarder iş adamı Vilbur Rossun təyinatını qəbul edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, senatda keçirilən səsvermədə Vilbur Ross 27 əleyhinə, 72 lehinə səs almaqla ABŞ-ın yeni ticarət naziri təyin olunub.
Xatırladaq ki, təqribən 2.9 milyard dollarlıq vəsaitə sahib olan Vilbur Ross 25 ildir ki, Donald Trampla dostluq edir.