3 Mart 2017 21:13
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya parlamenti kraliça II Elizabetin kral ailəsinə bağlı şirkətlərdən aldığı payı 15 faizdən 25 faizə yüksəldib.

Trend-in məlumatına görə, belə olduqda kraliçanın illik gəliri 76 milyon funtsterlinq olacaq. Yeni dəyişikliyə görə, kraliça artan gəliri ilə Bukinqem sarayının 10 il davam edən və 360 milyon funtsterlinqə başa gələcək restavrasiya işlərinə kömək edəcək.

İngiltərədə kral ailəsinin sərvəti ümumilikdə 20 milyard funtsterlinq qiymətləndirilir. Bura kral ailəsinə bağlı şirkətlər, daşınmaz əmlak, incəsənət kolleksiyaları və mücəvhərlər daxildir.


Müəllif:

Oxşar xəbərlər