5 Mart 2017 14:15
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ildə itmiş, Malayziya Hava Yollarına məxsus “Boeing-777” təyyarəsinin sərnişinlərinin qohumları onun axtarışının davam etdirilməsində təkid edirlər. “Channel News Asia” telekanalının yaydığı məlumata görə, onlar təyyarənin parçalarının özəl qaydada axtarışı üçün kampaniyaya start veriblər.

Xəbər verdiyimiz kimi, Avstraliya, Malayziya və Çinin nümayəndələrinin daxil olduğu Axtarışları Əlaqələndirmə Mərkəzi (JACC) yanvarın ortalarında bəyanatla çıxış edərək 2014-cü il martın 8-də itmiş təyyarənin axtarışlarının dayandırıldığını bildirib. Bundan sonra Malayziya hökuməti fərdi şəxslərə və təşkilatlara qırıntıların axtarışını davam etdirməyə icazə verib.

Təşkilatçılar əməliyyatların əvvəl aparıldığı rayonun şimalında axtarışların davam etdirilməsi üçün 15 milyon dollar toplamaq niyyətindədirlər.

Malayziya hökuməti həlak olanların qohumlarının bu təşəbbüsünü dəstəklədiyini bildirib. Nəqliyyat naziri Liou Tionq Layın dediyinə görə, hökumətin bu əməliyyata yardım göstərmək məsələsi əlavə müzakirə olunacaq.

Malayziyanın region ölkələri ilə əldə etdiyi razılığa əsasən, başqa dövlətlər təyyarənin parçalarını tapdığı təqdirdə onun fotolarını Malayziya tərəfinə də təqdim edəcək. Əgər həmin parçalar maraq doğurarsa, onlar tədqiq olunmaq üçün Malayziyaya göndəriləcək.


Müəllif:

Oxşar xəbərlər