"FETÖ və PKK-nın ipini tutanlar hələ də azadlıqdadır. Bunları idarə edənlər Türkiyədə qardaşı qardaşla düşmən etmək istəyirlər".
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.
Onun sözlərinə görə, nə PKK, nə də FETÖ Türkiyədəki xalqların yaxşılığını istəmir. FETÖ din pərdəsi, PKK isə solçuluq maskası altında fəaliyyət göstərən terror təşkilatlarıdır.
Binəli Yıldırım prezident üsul-idarəsinin Türkiyə üçün vacib olduğunu və bu sistemə qarşı çıxanların PKK və FETÖ ilə eyni mövqedən çıxış etdiklərini bildirib.
Ayxan