7 Mart 2017 14:53
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Oksana Sevastinin əfv olunmasına dair fərman imzalayıb. Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Humanizm prinsiplərini rəhbəri tutaraq qərar alıram; 1970-ci il təvəllüdlü, Krasnodar Diyar Məhkəməsi tərəfindən 3 mart 2016-cı ildə azadlıqdan məhkum edilmiş Sevastidi Oksana Valeryevna cəzasının çəkilməmiş hissəsindən azad edilsin”, deyə fərmanda bildirilir. Fərman rəsmən dərc olunduqdan 5 gün sonra qüvvəyə minəcək.

Qeyd edək ki, Krasnodar Diyar Məhkəməsi 3 mart 2016-cı ildə O.Sevastidini Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi üzrə (dövlətə xəyanət) təqsirli bilərək 7 il azadlıqdan məhrum etmişdi. Buna O.Sevastidinin 2008-ci ildə yazdığı bir SMS səbəb olmuşdu. Həmin vaxt Soçidə olan Sevastidi Gürcüstanda yaşayan dostuna yazdığı SMS-də hərbi texnikanın Abxaziya istiqamətində hərəkət etdiyini xəbər vermişdi.

Səxavət


Müəllif:

Oxşar xəbərlər