Əfqanıstanın paytaxtı Kabil şəhərində hərbi hospitala hücum nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb.
"Report" "Reuters"ə istinadən xərir ki, ölənlərdən biri xəstəxananın işçisi, digəri isə pasiyentdir.
Məlumata görə, hərbi hospitala hücum edən silahlı şəxslər 5 nəfərdir və onlardan biri həkim xalatında olub. Silahlılardan biri xəstəxananın əsas girişində özünü partladıb. Digərləri isə binaya daxil olublar.
Şahidlər üzərində həkim xalatı olan şəxsin "AK-47" tipli avtomatdan atəş açdığını və atəş səslərinin başqa yerlərdən də eşidildiyini söyləyiblər.
Xəbərdə bildirilib ki, hələlik regionda fəaliyyət göstərən heç bir qruplaşma hadisəyə
görə məsuliyyəti öz üzərinə götürməyib.