Qvatemalanın paytaxtının yaxınlığında yerləşən ailə zorakılığının qurbanları üçün reabilitasiya mərkəzində baş verən güclü yanğın nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, yanğının baş vermə səbəbləri hələlik müəyyən edilməyib. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerində araşdırma aparılır.
Qeyd edək ki, Qvatemalada reabilitasiya mərkəzində yanğın baş verib. İlkin məlumatda bildirilirdi ki, 9 uşağın cəsədi aşkar olunub, 20 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıblar.