13 Mart 2017 19:05
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiya baş naziri Mark Ryutte “Wakker Nederland” telekanalında çıxışı zamanı jurnalistin Türkiyədən üzr istənilməsi ilə bağlı sualını cavablandırıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, Ankaradan üzr istəməyəcəyini deyib: “Üzr istəməyəcəm. Ancaq gərginliyin aradan qaldırılmasına hazıram”.

Ryutte türklərin Rotterdamdakı aksiyasını itlər və atlarla dağıdan polisləri təbrik edib: “Onları təbrik edirəm. Düzgün iş gördülər”.

Bu arada, Türkiyənin baş naziri Binəli Yıldırım Hollandiyanın İstanbuldakı baş konsulluğu üzrəindəki bayrağın endirilməsi və onun türk bayrağı ilə əvəzlənməsi məsələsinə münasibət bildirib. O bunu "təxribat" adlandırıb.

Samir


Müəllif:

Oxşar xəbərlər