Belçika Krallığının Brüssel şəhərininin Sen-Jil səmtində baş verən güclü partlayış nəticəsində dördmərtəbəli bina çöküb.
Axar.az-ın məlumatına görə, partlayışa səbəb kimi qaz sızması göstərilib.
Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilib. Onlardan birinin vəziyyəti ağırdır.
Qeyd edək ki, olay yerində partlayışın baş vermə səbəblərini araşdırmaq üçün tədqiqat qrupu çalışır.