19 Mart 2017 14:12
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin baş naziri Benyamin Netanyahu hökuməti buraxacağı və növbədənkənar seçkilərlə təhdid edib.

Teleqraf.com-un məlumatına görə, buna səbəb Netanyahu maliyyə naziri Moşe Kaxlon arasında yaranmış fikir ayrılığıdır. Yerli mətbuat yazır ki, fikir ayrılığı dövlət televiziya və radio yayımı sistemində islahatların aparılması üzündən yaranıb.

Bu yaxınlarda kabinetin rəhbəri özünün “Feysbuk” sosial şəbəkəsindəki hesabında dövlət yayım quruluşlarının islahatından imtina etdiyini bildirmişdi. Həmi islahat dövlətə məxsus yayım quruluşları və ictimai korporasiyalar üzərində az nəzarət olunmasını özündə ehtiva edirdi.

“Baş nazir dünən kabinetin iclası zamanı bildirib ki, əgər maliyyə naziri Moşe Kaxlon yeni yayım korporasiyasının yaradılması fikrindən imtina etməsə, o, İsraili yeni parlament seçkisinə aparacaq”, deyə “Haaretz” qəzeti yazır.

Onu da bildirək ki, İsraildə hakimiyyətin və onun rəhbərinin formalaşdırılmasını nəzərdə tutan parlament seçkisi qanunvericiliyə uyğun olaraq yalnız 2019-cu ildə keçirilməlidir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər