Türkiyə aprelin 16-dan sonra Avropa İttifaqına üzvlük müzakirələri üçün referenduma gedə bilər.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən bir forumda çıxışında deyib.
“Avropa İttifaqına üzvlük müzakirələri üçün referenduma gedə bilərik. Millətimiz nə qərar versə, o qərara da hörmət edəcəyik”, - prezident bildirib