ABŞ Dövlət Departamenti Rusiyanın müxtəlif şəhərlərində müxalifətin keçirdiyi etiraz aksiyaları zamanı həbs edilənlərə görə rəsmi Moskvaya çağırış edib.
Teleqraf.com CNN telekanalına istinadla xəbər verir ki, bununla bağlı Dövlət Departamentinin xüsusi nümayəndəsi Mark Toner məlumat verib:
“ABŞ yüzlərlə dinc nümayişçinin saxlanılmasını qətiyyətlə pisləyir. Bu addım demokratik dəyərlərə ziddir. Moskva həbs olunan Aleksandr Navalnı başda olmaqla bütün etirazçıları dərhal azad etməlidir".
Qeyd edək ki, Rusiyada korrupsiyaya qarşı keçirilən icazəsiz aksiyalarda 800-dən çox etirazçı saxlanılıb.
Samir