Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı "terrorçu" adlandıran almaniyalı millət vəkili Sahra Vagenkneçt ilə bağlı şok informasiya yayılıb.
Teleqraf.com xəbər verir ki, onunla bağlı Türkiyənin "Haber7" saytı araşdırma aparıb.
Məlumatlara görə, Vagenkneçtin PKK terror təşkilatı ilə əlaqəsi üzə çıxıb: "Almaniyanın Sol partiyasının millət vəkili Sahra Vagenkneçt PKK terror təşkilatının bu ölkədəki sözçüsüdür. O, yanvarın 28-də PKK-nın Almaniya Fereal Məclisinin qarşısında təşkil etdiyi aksiyaya qatılıb. 2014-cü ildə o, Sol partiyanın deputatları ilə birlikdə PKK plakatının önündə şəkil çəkdirib".
Samir