Rusiya prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayının artırılması ilə bağlı fərman imzalayıb.
Teleqraf.com xəbər verir ki, fərman Rusiya prezidentinin rəsmi saytında dərc edilib.
Sənədə əsasən, 2017-ci ilin iyulun 1-dən Rusiya Silhalı Qüvvələrində ştat üzrə xidmət edənlərin sayı 1 903 051 nəfərə qaldırılacaq, o cümlədən onların 1 013 628 nəfəri hərbçi olacaq.
Qeyd edək ki, hazırda Rusiya Silhalı Qüvvələrində ştat üzrə say 1885371 nəfərdir. Onların 1 milyonu hərbçidir.
Samir