29 Mart 2017 17:19
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya 44 ildən sonra rəsmən Avropa İttifaqını tərk etmək istiqamətində ilk addımını atıb.

Teleqraf.com BBC-yə istinadla xəbər verir ki, krallığın baş naziri Tereza Mey Britaniyanın Aİ-dən gedişini rəsmi surətdə başladacaq məktubu imzalayıb.

Britaniyanın Aİ-dəki səfiri Sir Tim Barrov xanım Meyin imzaladığı altı səhifəlik məktubu Brüsseldə Aİ Şurasının prezidenti Donald Tuska təqdim edib. Bu, formal olaraq ayrılma prosesinin başlanması deməkdir.

Ayrılma prosesinin 2 il davam edəcəyi və Britaniyanın Brexitlə bağlı xərclərinin 60 milyard avro olacağı bildirilib. Ancaq Britaniyanın Brexit naziri Devid Devis bu məbləğlə bağlı Aİ-dən heç bir məktub almadığını açıqlayıb.

Qeyd edək ki, keçən ilin iyun ayında Britaniyanın Avropa İttifaqında qalıb-qalmaması ilə bağlı referendum keçirilib. Seçkilərdə iştirak edənlərin 52 faizi Brexit-i dəstəkləyib.

Samir


Müəllif:

Oxşar xəbərlər