Xəbər verdiyimiz kimi, Türkiyə müdafiə naziri Fikri Işıkın avtomobil kortejində qəza baş verib.
Məlumatlara görə, qəza Denizli bölgəsində meydana gəlib. Nazirin kortejinə daxil olan təhlükəsizlik işçilərinin olduğu avtobus ilə avtomobil toqquşub. Qəza zamanı 7-i polis olmaqla 9 nəfər həlak olub. Hadisənin təfərrüatları məlum deyil.
Saat 13:58
Türkiyənin müdafiə naziri Fikri Işıkın avtomobil korteji qəzaya düşüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə nazirin Gümüşhanə səfərini gerçəkləşdirdiyi zaman baş verib.
İlkin məlumatlara görə, qəza zamanı 5 nəfər xəsarət alıb. Fikri Işık isə hadisədən xəsarətsiz xilas ola bilib.
Samir